İyulun 1-dən Türkiyənin Sparta bölgəsinə təlim-məşq toplanışı keçmək üçün yollanacaq “Qəbələ”nin yoxlama oyunlarının vaxtı bilinib. Apasport.az saytının məlumatına görə, baş tutacaq 4 qarşılaşmadan 3-də rəqiblərin kimliyi bəllidir.
Belə ki, yalnız “Qəbələ”nin iyulun 3-də oynayacağı komandanın hansı olacağı hələlik bilinmir. Ancaq “qırmızı-qaralar”ın həmin ayın 7-də “Trabzonspor”, 10-da “Mersin İdman Yurdu” və 13-də “Antalyaspor”la qarşılaşacağı dəqiqdir.
Qeyd edək ki, “Antalyaspor”la oyunun ertəsi günü “Qəbələ” Türkiyə toplanışını başa vuraraq vətənə qayıdacaq.
İdman24.az