Bakıda keçirilən batut gimnastikası üzrə 35-ci dünya çempionatına yekun vurulub.
Fanat.Az xəbər verir ki, son olaraq komandalar arasında çoxnövçülük yarışı baş tutub. Bütün rəqiblərini qabaqlayan Rusiya Gimnastika Federasiyasının komandası birinci olub. ABŞ millisi ikinci, Böyük Britaniya gimnastları isə üçüncü yeri tutublar.
Qeyd edək ki, ölkəmiz mundialda 1 medal qazanıb. Tamblinqçimiz Mixail Malkin gümüş mükafata sahib çıxıb.
Xatırladaq ki, yarışda 33 ölkədən 300-ə yaxın gimnast iştirak edib.