13:38 22.11.2021 330

MOK şəhid və qazi övladları ilə bağlı layihəyə start verdi

Noyabrın 21-də Milli Olimpiya Komitəsinin Atletlər Komissiyası idmana həvəsi olan qazi və şəhid övladlarını idmana cəlb etmək məqsədilə ''Qəhrəmanların varisləri'' adlı layihəyə start verib.

Fanat.Az xəbər verir ki, bu münasibətlə təşkil olunan tədbirdə əvvəlcə Vətən uğrunda canlarından keçmiş əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Milli Olimpiya Komitəsinin Marketinq şöbəsinin rəhbəri Mehman Kərimov aprelin 9-dan yeni tərkibdə fəaliyyətə başlayan Atletlər Komissiyasının ilk layihəsinin məhz şəhid və qazi ailələrinin övladlarına - qəhrəmanların varislərinə həsr olunmasını yüksək dəyərləndirib. O, Atletlər Komissiyasının sədri cüdoçu Rüstəm Orucov, komissiyanın üzvlərindən olan taekvondoçu Fəridə Əzizova və güləşçi Rasul Çunayevin (yunan-Roma güləşi) şəhid və qazi övladlarını təmsil etdikləri idman növləri ilə tanış etməklə yeni gözəl bir ənənənin əsasını qoyacaqlarını vurğulayıb. Mehman Kərimov bugünkü görüşdən sonra uşaqlar arasında cüdo, taekvondo və güləş idman növləri haqqında fikir formalaşacağının və onların həvəsli olduğu idman növü ilə mütəmadi məşğul olmağa imkan yaranacağını da qeyd edib.

İdmana həvəsin məhz uşaq yaşlarından formalaşmasının vacibliyini vurğulayan M. Kərimov bu gözəl təşəbbüsə qoşulan “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib. “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəis müavini, İdman bölməsinin rəisi polkovnik-leytenant Firdovsi Umudov Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan tarixi Qələbədə payı olan hər bir şəhid və qazilərin övladlarının Azərbaycan xalqı üçün əziz olduğunu bildirərək deyib: “Məhz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə biz sərhədlərimizi bərpa edirik. Bizim uzun illərdir beynəlxalq yarışlarda qaldırdığımız bayrağı Vətən müharibəsində qalib gəlmiş şəhid, qazi bacı - qardaşlarımızın övladları dünya idman arenalarında dalğalandıra bilərlər”.

Firdovsi Umudov təmsil etdiyi qurumun bunun üçün hər bir dəstəyə hazır olduğunu vurğulayıb.
Atletlər Komissiyasının sədri Rüstəm Orucov isə öz növbəsində bildirib ki, komissiyanın ilk layihəsinin məhz idmana həvəsli qazi və şəhid ailələrindən olan uşaqların, gənclərin inkişafına həsr edilməsindən xüsusi qürur hissi duyur. “YAŞAT” Fondunun dəstəyindən də danışan Rüstəm Orucov belə layihələrin davamlı olacağını vurğulayıb. Komissiya sədri idmançı dostları Hacı Əliyev (sərbəst güləş), Cəbrayıl Həsənov (sərbəst güləş) və İlqar Müşkiyevin (cüdo) dəstəyini də yüksək qiymətləndirib.

Sonra uşaqlar cüdo, taekvondo və güləş idman növləri ilə tanış olublar. Uşaqlar fərqli idman növlərinə aid məlumatları dinləməklə yanaşı, göstərilən fəndləri yerinə yetirməyə çalışıblar.

Daha sonra Atletlər Komissiyasının üzvləri uşaqların suallarını cavablandırıblar.
Tədbirdən sonra “Sərhədçi” İdman Olimpiya Mərkəzinin muzeyi ilə tanış olan iştirakçılara MOK-un hədiyyələri də təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının sədri cüdoçu Rüstəm Orucov, üzvləri Sabina Kərimova (qılıncoynatma), Kamran Şahsuvarlı (boks), Fəridə Əzizova (taekvondo), Nazim Babayev (atletika), Rasul Çunayev (yunan-Roma güləşi) və Fatimə Alkərəmovadır (üzgüçülük).

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

Facebookdan bizi izləməyi unutmayın.
X