18:21 15.11.2021 11979

İngilis dilini öyrənmək problemi - Yaxşı dil kursu necə olmalıdır?

İngilis dili “Beynəlxalq ortaq dil” statusunu almış ilk dildir. Dünyanın bir sıra lider dövlətlərində dövlət dili olmaqla yanaşı, milyonlarla insanın da ikinci dilidir. Arialı bu qədər böyük olduğuna görə İngilis dilinə olan tələbat da buna uyğun şəkildə çoxluq təşkil edir. İngilis dilinin tarixi erkən əsrlərə gedib çıxır. Mənşə etibarilə Hind – Avropa dil ailəsinə aid olan İngilis dilinin ilkin versiyası indiki halından tamamilə fərqlidir. Əsrlər ərzində əsaslı şəkildə dəyişmiş bu dildə ilk yazılı material 9-10-cu əsrlərə aid olan epik əsər hesab olunur. Dəyişikliklərin səbəbi isə tarix boyunca baş verən daimi istilalardır.

Son bir neçə ildir ki, İngilis dili öyrənməyin vacibliyi dedikdə düşünülən səbəblərin siyahısı artıb. İngilis dilini bilmək artıq elə də nadir tapılan bacarıq sayılmır.

Xarici dil öyrənmək intellektimizə müsbət təsir etməklə bərabər daha geniş auditoriyaya xitab etmək şansı da yaradır. Siz cari savadınızı nümayiş etməklə yanaşı İngilis dilini bilməklə təhsilinizi xaricdə davam etdirə bilərsiniz.

Dünyanın əsas dili olan İngilis dilini bilmək və bu dildə sərbəst şəkildə danışmaq bir çox insanın istəyidir. İngilis dili öyrənməyin faydalarından nə qədər danışsaq az olar. Bu dil sizə dünyanın bütün qapılarını aça biləcək gücə sahibdir. Çünki bu dili öyrənməklə siz iş həyatında 1 addım öndə olmuş olursunuz və digər həmkarlarınızdan daha tez iş tapa bilirsiniz.

Faydalı İngilis dili kursu dedikdə nə nəzərdə tutulur?

Hazırki zamanda ingilis dili kurslari ətrafımızda hər yerdə önünüzə çıxan məkana çevrilmişdir. Əsasən böyük şəhərlərdə sizə 0-dan başlayaraq 2 aya ingilis dilində danışacağınıza zəmanət verən kurslar belə var. İlk öncə onu qeyd edim ki, istənilən bir dil öyrənmək 2 ay ərzində öyrəniləcək qədər asan deyil. Əgər xarici dil öyrənməyi qarşınıza məqsəd olaraq qoymusunuzsa, bunun üçün öz üzərinizdə mərhələli şəkildə çalışmalı, vaxtınızın müəyyən bir qismini bu işə xərcləməlisiniz. Bu işin başında da düzgün seçilmiş müəllim və kurs heyəti durur. Bunun üçün də bir sıra nüanslara diqqət yetirmək lazımdır. Məsələn:
İstənilən kursda ingilis dili dərslərinə yazılmaq istəyirsinizsə sizi maraqlandıran ilk sual qrupunuzda neçə tələbənin olacağıdır.

İstənilən bir kursda qrup şəklində olan ingilis dili dərslərinə yazılırsınızsa ilk soruşacağınız sual qrupda neçə tələbənin olmasıdır. Əgər qrupda tələbə sayı 5-dən çoxdursa fərdi hazırlaşmaq daha məqsədəuyğundur. Çünki, müəllim az tələbəyə çox vaxt sərf etməklə bir fikri daha yaxşı çatdıra bilər, nəinki çox tələbəyə. Lakin bir nüansa da toxunmaq lazımdır ki, əgər ingilis dilinə 0-dan başlayırsınızsa, fərdi müəllimlə hazırlaşmağınız daha məqsədəuyğun olar.

Amma dili bilmə səviyyəniz “elementary” səviyyəsindən yuxarıdırsa, qrup dərslərə qatılmağınız sizin üçün daha faydalı olar. Bunun sizə əsas faydası odur ki, qrupda müəllimlə və digər tələbələrlə ingilis dilində diskussiyalar aparmaq dili öyrənməkdə sizə fərdi dərsdən daha çox kömək edəcək.

Kursda müəlliminizin dərsi başa salma potensialı yüksək səviyədə olmalıdır. Kursda qeydiyyatdan keçməzdən əvvəl mütləq sınaq dərsində oturmalı və müəllimin dərsi necə izah etməyini görməlisiniz. Əgər müəllimin dərsi izah etmə metodunu qavraya bilmirsinizsə, çox sadə… Başqa müəllim axtarın.

Müəllimi seçərkən onun dərsdə qrammatikaya yoxsa danışığa üstünlük verdiyinə diqqət yetirin. Əgər dili danışıq üçün öyrənirsinizsə, qrammatikaya bir o qədər də vaxt sərf etməyin. Necə ki, Azərbaycan dilində tamamlığın vasitəli və vasitəsiz növlərini bilməyimiz danışığımızda elə də əhəmiyyət kəsb etmədiyi kimi, ingilis dilinin də qrammatikasını dərindən öyrənmək bizim danışığımızda bir önəm kəsb etmir. Sadəcə ingilis dilində qrammatik savadımızı artırır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 İyul 2025
01:02

Klublararası dünya çempionatı: "Real" "Yuventus"u yenib 1/4 finala yüksəldi

00:09

Ayxan Cavadov AÇ-nin finalında

01 İyul 2025
23:50

PSJ-nin ulduzu Türkiyə yolunda - Danışıqlar başladı

23:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:06

"Sabah"da yeni legioner - RƏSMİ

22:44

"Bu mənim başıma daha gənc olanda gəlsəydi..." - Daniel Karvaxal

22:16

U-20 AÇ-yə 3 "gümüş"lə start verdi

21:53

"Braziliyanı dünyanın ən uca zirvəsinə qaldırdıq" - Kano "İnter" üzərində qələbəni dəyərləndirdi

21:15

"Zirə"nin "Hayduk"la mübarizədən qalib ayrılacağına inanıram" - 2007/2008 mövsümünün bombardiri

20:48

Yaxşıbəyov "Sumqayıt"a "pul oxudu"

20:15

"Kəpəz" 2 legionerlə anlaşdı - Biri gəlib, o biri yoldadır

19:50

Premyer Liqa klubu müdafiəçisi ilə vidalaşdı

19:16

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

Facebookdan bizi izləməyi unutmayın.
X