Bu gün daha iki idman federasiyasında Hesabat-Seçki Konfransı keçiriləcək.
Fanat.Az xəbər verir ki, əvvəlcə Güləş, ardınca isə Badminton Federasiyasında prezident və vitse-prezidentlər bilinəcək.
Hər iki seçki Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutacaq
Qeyd edək ki, Güləş Federasiyası 2018-ci ilin sonlarından prezidentsiz qalıb. Sabiq vergilər naziri Fazil Məmmədovun qurumun rəhbəri vəzifəsindən ayrılmasından sonra I vitse-prezident Namiq Əliyev prezident əvəzi kimi fəaliyyət göstərir. Badminton Federasiyasının hazırkı prezidenti isə iqtisadiyyat naziri Mikayıl Cabbarovdur.