Slovakiya Çində keçiriləcək Qış Olimpiya Oyunlarının diplomatik boykotuna qoşulub.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, ölkə prezidenti Zuzana Çaputova bu məqsədlə Oyunların keçiriləcəyi Pekinə səfərə getməyəcək.
Qeyd edək ki, daha əvvəl ABŞ və və onun üç müttəfiqi - Avstraliya, Böyük Britaniya və Kanada Oyunlarla bağlı diplomatik boykot elan ediblər.
2022-ci il Olimpiadasına getməkdən imtinanın rəsmi səbəbi Çində insan haqlarının pozulmasıdır.