Azərbaycan triatlon millisinin üzvü Kseniya Levkovskaya karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, 32 yaşlı idmançı bu barədə federasiyaya açıqlamasında bildirib.
O, idman karyerasının böyük mərhələsinin başa çatdığını söyləyib: "8 il Azərbaycanı dünya arenasında təmsil etdim və 100-dən çox yarışa qatıldım. Çox gözəl vaxt idi. Bu ölkəyə, insanlara göstərdikləri etimad və dəstəyə görə sonsuz minnətdaram. Azərbaycan Triatlon Federasiyasına təşəkkür edirəm. Bu, əvəzolunmaz təcrübə idi".
Qeyd edək ki, Levkovskaya karyerası ərzində qitə kuboklarının və Dünya Çimərlik Oyunlarının mükafatçısı olub. İdmançı Azərbaycanı Bakı-2015 I Avropa Oyunlarında da təmsil edib.