Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasiminin keçiriləcəyi yer dəqiqləşib.
Fanat.Az xəbər verir ki, tədbir stadionda deyil, Sena çayında baş tutacaq.
Komandaların nümayəndə heyətləri 160 qayığa yerləşdiriləcək. Bu qayıqlar Auqsterlits körpüsündən Yens körpüsünədək üzəcək. Mərasimi 600 min tamaşaçı izləyə biləcək.
Qeyd edək ki, açılış mərasimi 2024-cü il iyulun 26-da olacaq. Oyunlar avqustun 11-dək davam edəcək.