Milad bayramında Lionel Messi ilə paylaşım edən məşhur DJ Fer Palasio argentinalı ulduzu koronavirusa yoluxdurduğu üçün hədəfə alınıb.
Fanat.Az xəbər verir ki, məşhur DJ "İnstagram" səhifəsində bununla bağlı paylaşım edib:
"Yuxudan oyanan kimi çoxlu mesaj aldım. Baxdım ki, "Twitter"də trendəm, çünki Messinin COVID üçün testi müsbət çıxıb. Onu mənim yoluxdurduğumu düşünürlər. Hətta mesajlarda məni "qatil" adlandırdılar, bu, çox pis hissdir. Məcbur qalıb COVID testindən keçdim və məndə virus yoxdur".
Qeyd edək ki, PSJ bu gün Lionel Messi də aralarında olmaqla, dörd oyunçusunun COVID-19 testinin müsbət çıxdığını açıqlayıb. Messi və digərləri - Xuan Bernat, Serxio Riko və Natan Bitumazala hazırda təcrid vəziyyətindədirlər.