AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri I divizionun XVII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Araz"ın futbolçu David Canalizde ilə "Şahdağ"ın oyunçusu Vüqar Əlibabayev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün 4 oyunluq cəzalandırılıblar, klubları 400 manat cərimə olunub. Oyunun 80-ci dəqiqəsində "Şahdağ"ın digər üzvü Abdulla Zilpikarov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alıb. Onun cəzası 1 oyun olub, klubu 20 manat cərimə edilib.
"Göyəzən" və "Şahdağ" 4, "Araz" isə 5 futbolçusu sarı vərəqə aldığından 100 manat cərimələnib.
Fanat.az