3 ildir “Gələcək üçün buradayıq!” şüarı ilə “Neftçi”yə dəstək verən və klubla əməkdaşlıq edən “Türk Hava Yolları” ilə başa çatan əməkdaşlıq müqaviləsinin müddəti uzadılıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Türkiyənin dünya markası daha 1 il komandaya dəstək verəcək.
Yeni müqaviləyə əsasən, “Türk Hava Yolları” “Neftçi”nin titul sponsoru olmağa davam edəcək. Əsas və əvəzedici komandaların oyun və məşq formalarının üzərində yenə də şirkətin loqosu öz əksini tapacaq. Komandaya məxsus təlim-məşq bazası “Türk Hava Yolları Futbol Mərkəzi” adını daşıyacaq.
Bundan əlavə, kluba məxsus “Neftçi TV” və sosial şəbəkələrdə, o cümlədən bilbordlarda, çap materiallarında, biletlərdə, dəvətnamələrdə və digər məlumat məhsullarında qardaş ölkənin aviaşirkətinin loqosu yerləşdiriləcək.
Qeyd edək ki, "Türk Hava Yolları" 2018-ci ildən “Neftçi”yə maddi və mənəvi cəhətdən öz dəstəyini verir.