I divizionun XVIII turunda "Ağsu"nun qonağı olacaq "Araz" məşqlərini davam etdirir. Fanat.az xəbər verir ki, gündə iki məşqlə Ağsu səfərinə hazırlaşan Naxçıvan təmsilçisinin bu şəhərə yollanacağı tarix də məlum olub.
Belə ki, Əsgər Abdullayevin yetirmələri fevralın 22-də Naxçıvan tərk edəcək və Ağsuya yollanacaq. Komanda oyunun keçiriləcəyi stadionda məşq edəcəyi də gözlənilir. Oyundan sonra bir günlük istirahət edəcək futbolçular fevralın 24-ü axşam saatlarında Muxtar Respublikaya qayıdacaqlar.
Fanat.az