UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunları davam etdirilir. Fanat.az xəbər verir ki, bu gecə daha iki oyun keçirilib.
Turnirin son qalibi "Bavariya" "Arsenal"ın qonağı olub. Londondakı "Emirates" stadionunda baş tutan matçın 9-cu dəqiqəsində meydan sahiblərindən Məsut Özil penaltini boşa verib. 38-ci dəqiqədə "Arsenal"ın qapıçısı Voyçiex Şesni meydandan qovulub və penalti təyin olunub. Lakien bu dəfə David Alabanın zərbəsi dəqiq olmayıb. Buna baxmayaraq, "Bavariya" səfər matçında qələbə qazanıb - 2:0.
Günün digər oyunu Milandakı "San Siro" stadionunda baş tutub və şəhərin yeni adlı təmsilçisi Arda Turanlı "Atletiko"nu qəbul edib. Matçın taleyini bir qol həll edib. 83-cü dəqiqədə "Milan"ın qapısına yol tapan Dieqo Kosta "Atlektiko"ya qələbə qazandırıb.
Qeyd edək ki, 1/8 finalın iki oyunu bir gün əvvəl keçirilib. "Barselona" səfər "Mançester Siti"ni 2:0, PSJ "Bayer"i 4:0 hesabı ilə yenib. Qalan 4 qarşılaşma isə gələn həftə oynanılacaq: "Arsenal" - "Bavariya", "Milan" - "Atletiko", "Zenit" - "Borussiya", "Olimpiakos" - "Mançester Yunayted", "Qalatasaray" - Çelsi", "Şalke 04" - "Real".
Çempionlar Liqası
1/8 final
İlk oyunlar
Arsenal (İngiltərə) - Bavariya (Almaniya) 0:2
Qollar: Toni Kroos, 54. Tomas Müller, 88.
Arsenal: Voyçiex Şesni, Bakari Saqna, Per Mertesaker, Loran Kosçielni, Kieran Gibbs (Naço Monreal, 31), Jak Uilşere, Məsut Özil, Aleks Okslade-Çamberlain (Tomaş Rosiçki, 74), Santiaqo Kazorla (Lukas Fabianski, 39), Matyu Flamini, Yaya Sanoqo.
Ehtiyat oyunçular: Karl Yenkinson, Serge Qnabri, Lukas Podolski, Olivier Qiroud.
Baş məşqçi: Arsen Venger.
Bavariya: Manuel Neuer, Dante, Jerome Boatenq (Rafinya, 46), Filip Lam, Tiaqo Alkantara (Klaudio Pizarro, 79), Xavi Martines, Aryen Robben, Mario Götze, David Alaba, Toni Kroos, Mario Mandzukiç (Tomas Müller, 64).
Ehtiyat oyunçular: Tom Starke, Daniel Van Buyten, Dieqo Kontento, Bastian Şvaynştayger.
Baş məşqçi: Pep Qvardiola.
Dəqiq olmayan penaltilər: Məsut Özil, 9 - David Alaba, 40.
Sarı vərəqələr: Yaya Sanoqo, 56. Tomaş Rosiçki, 86 - Jerome Boatenq, 8. Mario Mandzukiç, 45.
Qırmızı vərəqə: Voyçiex Şesni, 38 (Arsenal).
Baş hakim: Nikola Rizzoli (İtaliya).
London. "Emirates" stadionu.
Milan (İtaliya) - Atletiko (İspaniya) 0:1
Qol: Dieqo Kosta, 83.
Milan: Kristian Abbiati, Mattia De Skiqlio (İqnazio Abate, 26), Adil Rami, Daniele Bonera, Mixael Essyen, Urbi Emanuelson, Andrea Poli (Kevin Konstant, 85), Nigel de Yonq, Kaka, Adel Taarabt, Mario Balotelli (Giampaolo Pazzini, 78).
Ehtiyat oyunçular: Marko Amelia, Fillip Mekses, Kristian Zakkardo, Andrea Petaqna.
Baş məşqçi: Klarense Zeedorf.
Atletiko: Tibaut Kourtois, Dieqo Qodin, Xuanfran, Emiliano İnsua, Miranda, Mario Suares, Koke, Raul Qarsiya (Adrian Lopes, 80), Arda Turan (Kristian Rodriges, 74), Qabi Fernandes, Dieqo Kosta.
Ehtiyat oyunçular: Daniel Aranzubiya, Tobi Alderveyreld, Joze Sosa, Dieqo, David Vilya.
Baş məşqçi: Dieqo Simeone.
Sarı vərəqələr: İqnazio Abate, 44. Daniele Bonera, 61. Adil Rami, 90+1 - Emiliano İnsua, 20. Mario Suares, 41. Dieqo Kosta, 69. Adrian Lopes, 90+3.
Baş hakim: Pedro Proença (Portuqaliya).
Milan. "San Siro" stadionu.
Fanat.az