“Qarabağ” klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun məsələsi ilə bağlı İdman Arbitraj Məhkəməsinin (CAS) qərarı yubanacaq.
Fanat.Az xəbər verir ki, bu barədə İbrahimovun vəkili Fərid Haqverdiyev sosial şəbəkə hesabında paylaşım edib.
O, qərarın martın 22-də açıqlanacağı haqda məlumat verib.
Qeyd edək ki, Nurlan İbrahimov Vətən müharibəsi dönəmində “Facebook” səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. “Qarabağ” klubu isə 100 000 avro cərimələnib. İbrahimov ötən il yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.