İsveçrənin Sankt Morits şəhərində keçirilən qarüstü polo üzrə 37-ci Dünya Kubokunda Azərbaycanın "Land of Fire" komandası birinci yeri tutub.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından Fanat.Az-a verilən məlumata görə, finalda rəqib Fransanın “Klinik La Preri” komandası olub.
6:2 hesabı ilə qalib gələn Azərbaycan komandası ilk dəfə Dünya Kubokunu qazanıb.