Pekin-2022 Qış Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti Çinə yola düşüb.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan komandasının şef de-missionu Anar Bağırov özünün "Facebook" səhifəsində paylaşım edib.
Azərbaycanı Olimpiadada təmsil edəcək fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova isə Pekinə Rusiyanın paytaxtı Moskvadan gedəcəklər.
Qeyd edək ki, Pekin Olimpiadası fevralın 4-dən 20-dən keçiriləcək.