Azərbaycan Badminton Federasiyası (ABF) və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında əməkdaşlıq memorandumu imzalanıb.
ABF-in mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, memorandumun əsas məqsədi ölkənin bank sektorunda badminton idman növünə marağın artırılması, o cümlədən bu idman növünün inkişafına biznes və maliyyə sektorunun dəstəyinin stimullaşdırılmasıdır.
Tərəflər arasında əldə edilən ilkin razılığa əsasən, yaxın gələcəkdə Azərbaycanda fəaliyyət göstərən bankların həvəskar komandaları arasında badminton yarışı təşkil ediləcək və birgə müxtəlif layihələr həyata keçiriləcək.