Hollandiya futbolunun əfsanələrindən olan Mark Overmars futboldan ömürlük uzaqlaşdırıla bilər.
Fanat.Az xəbər verir ki, Overmarsın klub işçilərinə seksual məzmunlu mesajlar göndərməsi ilə əlaqədar "Ayaks"da aparılan araşdırmanın nəticəsi belə deməyə əsas verir.
Araşdırma zamanı klubun 11 keçmiş və 1 indiki əməkdaşı ondan şikayətçi olub. Qalmaqalın üzə çıxmasına qədər klubun idman direktoru postunu tutan keçmiş futbolçu canlı ünsiyyət zamanı cinsi təcavüzdə, eyni zamanda özünə məxsus "+18" fotolar daxil olmaqla, təhqiredici mesajlar göndərməkdə ittiham olunur. O, hərəkətlərini etiraf edib.
Hollandiya İdman Tribunalının apardığı istintaqda yeni faktların üzə çıxması Overmarsın Hollandiya futbolunda, həm də ümumilikdə idmanda hər hansı funksiyanı yerinə yetirməsi ömürlük qadağa ilə təhdid edilir. Hökmün yaxın vaxtlarda veriləcəyi gözlənilir. Bir sözlə, keçmiş "Ayaks", "Arsenal" və "Barselona"nın futbolçusu, Hollandiya millisində 86 matçda 17 qol vurmuş üzvünü irəlidə ağır günlər gözləyir.
Mirağa