Bu gün Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
Fanat.Az xəbər verir ki, 19 yaşlı idmançı Bakı vaxtı ilə saat 14:00-da qısa proqramda 24-cü nömrə altında çıxış edəcək.
Yarışda ümumilikdə 30 idmançı çıxış edəcək. Təmsilçimiz ilk 24 iştirakçı arasına düşə bilsə, fevralın 17-də keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.
Qeyd edək ki, Vladimir Litvintsev Pekin-2022-də daha əvvəl kişi fiqurlu konkisürənlərin yarışında 18-ci yeri tutub.