18:55 23.02.2014 1002

Liderlər büdrədi, "XL" son dəqiqədə çökdü (PROTOKOL)

Bu gün Topaz Premyer Liqasının XXIII turunun oyunları keçirilib. Fanat.az xəbər verir ki, yığmanın mart toplanışına görə təqvimdə dəyişiklik edildiyindən bütün qarşılaşmalar eyni gündə baş tutub.

Tura Qəbələdə start verilib və "Qəbələ" "Rəvan" qəbul edilib. Matç oluqca dramatik alınıb. Belə ki, baş hakim Elvin Əsgərov qonaqların qapısına iki dəfə penalti təyin etsə də, hesab açılmayıb. 55-ci dəqiqədə Lorenzo Ebesilio, 73-cü dəqiqədə Leonardo da Silvanın zərbəsini Lukaş Sapela dəf edib. Lakin ikinci qurtarışdan sonra polşalı qapıçı qeyri-etik jest edib və bu səbəbdən meydandan qovulub. "Qəbələ" isə 20 dəqiqəyə yaxın 10 nəfərlə qalmış rəqibə qarşı oynasa da, toru silkələyə bilməyib və heç-heçəyə razılaşıb. 

"Neftçi" digər autsayder "Sumqayıt"ın qonağı olub. Cəza səbəbindən Mahir Şükürov, Karlos Kardoso, Bruno Bertuççinin xidmətindən məhrum olan "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Flavinyo, Ernest Nfor, Rəşad Sadiqov, Denis Silva, Araz Abdullayev, Elvin Yunuszadə kimsi təcrübəli futbolçuları ehtiyatda saxlayıb. Bunun əsas səbəbi əsas səbəbi Araz, Nfor, R?şad, Flavinyo və Silvanın sarı vərəqə limitini doldurmaq üzrə olmasıdı. Çünki alacaqları növbəti vərəqə onların "Qarabağ"la oyuna çıxmasını əngəlləyəcəkdi. Amma Hacıyevin aparıcı futbolçuları liderlə oyun üçün qoruyub, "Sumqayıt"a dırnaqarası yanaşması komanda üçün ağır nəticələnib. Belə ki, Mirzağa Hüseynpur hər hissədə bir qol vuraraq "ab-qaralar"a məğlubiyyət acısı yaşadıb. Bununla da "Sumqayıt" son pillədən qurtulub.

Ardınca 2014-cü ilin iki uğurlu komandası - "İnter" və "Bakı" qarşılaşıb. "İnter" yeni ilin ilk 4 matçında 10, "Bakı" isə 12 xal qazanıb. Paytaxt klublarının öz aralarındakı matç isə heç-heçə bitib - 1:1. Hesabı 11-ci dəqiqədə qonaq komandadan Aleksandar Soliç açıb. Meydan sahibləri isə buna 27-ci dəqiqədə Vaqif Cavadovla cavab verib.

"Neftçi" və "Qəbələ" kimi "Qarabağ" da xal itkisi ilə üzləşib. Qurban Qurbanovun yetirmələri doğma meydanda "Simurq"la xalları bölüb - 0:0. Ötən tur "Sumqayıt"ı darmadağın edən (4:0) Zaqatala klubu aktivinə daha 1 xal yazdırmaqla rahat nəfəs alıb.

"Xəzər Lənkəran" isə AZAL-ın qonağı olub. Hesabı 22-ci dəqiqədə Junior Nildo açıb. 48-ci dəqiqədə Elnur Abdullayev fərqi iki topa çatdırıb. Lakin "Xəzər Lənkəran" son 10 dəqiqədə üstünlüyü əldən verib. 84-cü dəqiqədə Nedo Turkoviç fərqi azaldıb. 90+1-ci dəqiqədə Aleksandr Şemonayev qırmızı vərəqə alaraq AZAL-ı azlıqda qoyub. 4 dəqiqə sonra isə "Xəzər Lənkəran"ın qapısına təyin olunan penaltini Con Oluremi qola çevirərək komandasına bir xal qazandırıb - 2:2.

Premyer Liqa
2013/14 mövsümü
III dövrə, XXIII tur

23 fevral
Qəbələ - Rəvan 0:0
Qəbələ: 1. Kamran Ağayev, 6. Vladimir Levin, 7. Marat İzmayılov (19. Abdulvahid Afolabi, 75), 8. Nizami Hacıyev (42. Leonardo da Silva, 46), 9. Viktor Mendi (11. Yannik Kamanan, 65), 10. Dodo, 14. Lorenzo Ebesilio, 16. Ruslan Tağızadə, 31. Daniel Subotiç, 36. Elnur Allahverdiyev, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 27. David Pietrzkeviç, 3. Nikola Valentiç, 4. Amit Quluzadə, 34. Ürfan Abbasov.
Baş məşqçi: Yuri Syomin.
Rəvan: 1. Lukaş Sapela, 4. Mitya Moreç, 8. Julio Sezar, 16. Orxan Lalayev, 17. Ramazan Abbasov (85. Kamal Bayramov, 75), 18. Oke Akpoveta, 20. Miloş Adamoviç (40. Mişel Balokoq, 75), 21. Novruz Məməddov, 23. Boyan Markoviç, 25. Ayaz Mehdiyev (7. Elvin Həsənəliyev, 71), 30. Cəmşid Məhərrəmov.
Ehtiyat oyunçular: 6. Ceyhun Cavadov, 9. Elnur Abdulov, 14. Xuan Manuel Varea, 24. Yamin Ağakərimzadə.
Baş məşqçi: Güvənc Kurtar.
İstifadə olunmamış penaltilər: Lorenzo Ebesilio, 55. Leonardo da Silva, 73.
Sarı vərəqələr: Leonardo da Silva, 56 (qeyri-idman hərəkəti). Elnur Allahverdiyev, 65 (qeyri-idman hərəkəti). Daniel Subotiç, 81 (hakimin qərarına etiraz). Ruslan Tağızadə, 87 (simulyasiya) - Mitya Moreç, 21 (perspektivli hücumun qarşısını kəsdiyinə görə). Cəmşid Məhərrəmov, 42 (qeyri-idman hərəkəti). Orxan Lalayev, 54 (qeyri-idman hərəkəti). Julio Sezar, 70 (qeyri-idman hərəkəti). Boyan Markoviç, 72 (qeyri-idman hərəkəti). Novruz Məmmədov, 74 (hakimin qərarına etiraz). Kamal Bayramov, 90+4 (oyunun bərpasını gecikdirdiyi üçün).
Qırmızı vərəqə: Lukaş Sapela, 74 (qeyri-etik jest) .
Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, İsgəndər Əliyev, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Fazil Mürşüdov.
Qəbələ şəhər stadionu. 1500 tamaşaçı.

Sumqayıt - Neftçi 2:0
Qollar: Mirzağa Hüseynpur, 38; 70.
Sumqayıt: 1. Andrey Popoviç, 2. Şəhriyar Xəlilov, 4. Samir Abbasov (k), 9. Tərzin Cahangirov, 10. Uğur Pamuk (8. Aqşin Muxtaroğlu, 79), 11. Ruslan Nəsirli, 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 88. Mirzağa Hüseynpur, 92. Bəxtiyar Həsənalızadə, 99. Rəhman Hacıyev.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədliyev, 7. Pərdis Fərcad-Azad, 14. Məhəmməd Qurbanov, 18. Aleksandr Çertoqanov, 25. Fərid Kərimzadə, 77. Ramil Mansurov.
Baş məşqçi: Aqil Məmmədov.
Neftçi: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 8. Elşən Abdullayev (9. Flavinyo, 46), 11. Melvin Platye (90. Ernest Nfor, 90), 15. Erik Ramos, 19. Mirhüseyn Seyidov (k), 21. Samir Məsimov, 23. Ruslan Qurbanov, 28. Emin Mehdiyev (6. Rəşad Sadiqov, 46), 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 3. Denis Silva, 7. Araz Abdullayev, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Böyükağa Hacıyev.
Sarı vərəqələr: Samir Abasov, 48 (düzgün yerinə yetirilməyən sürüşmə fəndi). Ruslan Nəsirli, 55 (fitsən sonra topa zərbə). Nodar Məmmədov, 83 (oyunun bərpasını gecikdirdiyi üçün) - Elvin Bədəlov, 24 (rəqibi tutduğuna görə). İqor Mitreski, 84 (rəqibi tutduğuna görə). 
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Coşqun Həsənov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Murad Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 1500 tamaşaçı.

İnter - Bakı 1:1
Qollar: Vaqif Cavadov, 27 - Aleksandar Soliç, 11.
İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 5. Slavko Georgievski, 9. Aleksandr İaşvili (19. Sezar Meza Kolli, 59), 15. Yohan Bokonyano, 21. Arif Daşdəmirov, 28. Baçana Tsxadadze (12. İvo Taborski, 85), 33. Matiya Spiçiç, 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev (14. İlqar Ələkbərov, 66).
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 11. Asif Məmmədov, 20. Brüs Abdulaye, 27. Dieqo Madriqal.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Bakı: 1. Aqil Məmmədov (k), 12. Etto, 3. Yure Travner, 5. Ruben Qonzales, 4. Mario Alvares, 31. Vüqar Mustafayev, 15. Alberto Noquera, 21. Elvin Məmmədov, 16. Juninyo, 10. Aleksandar Soliç (17. Risto Ristoviç, 80), 27. Nurlan Novruzov (22. Namiq Ələsgərov, 55).
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 24. Georgios Pelagias, 7. Əfran İsmayılov, 6. Vadim Abdullayev, 20. Tural Qürbətov.
Baş məşqçi: Milinko Pantiç.
Sarı vərəqələr: Yohan Bokonyano, 54 (qeyri-idman hərəkəti). Sezar Meza Kolli, 68 (qeyri-idman hərəkəti). Matiya Spiçiç, 90+2 (qeyri-idman hərəkəti) - Alberto Noquera, 52 (qeyri-idman hərəkəti). Vüqar Mustafayev, 69 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Elşən Acalov, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Alik Yunusov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
“Şəfa” stadionu. 500 tamaşaçı.

Qarabağ - Simurq 0:0
Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (18. İlqar Qurbanov, 72), 9. Reynaldo Silva, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Corc Leroy (17. Vüqar Nadirov, 65), 55. Bədavi Hüseynov, 70. Çumbinyo, 99. Nikolas Gelaşvili (10. Muarem Muarem, 56).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 19. Jaba Dvali.
Baş məşqçi: Qurban Qurbanov.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov, 3. Anderson Oliveyra, 7. Ruslan Poladov (k), 8. Patrik Osiako (30. Raul Kostin, 16), 10. Rəşad Eyyubov (77. Nicat Qurbanov, 68), 11. Draqan Çeran, 15. Stepan Polyak (9. Mindauqas Kalonas, 86), 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 4. Dilaver Zrnanoviç, 21. Murad Səttarlı, 22. Salif Ballo.
Baş məşqçi: George Çixradze.
Sarı vərəqələr: Maksim Medvedev, 45 (qeyri-idman hərəkəti) - Ruslan Poladov, 37 (qeyri-idman hərəkəti). Tural Axundov, 90+2 (simulyasiya).
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Cavanşir Yusifov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Tofiq Bəhramov adına Respublika stadionu. 500 tamaşaçı.

AZAL - Xəzər Lənkəran 2:2
Qollar: Nedo Turkoviç, 84. Con Oluremi, 90+5-pen - Junior Nildo, 22. Elnur Abdullayev, 48.
AZAL: 1. Ruslan Məcidov, 3. Aleksandr Şemonayev, 4. Aylton, 7. Cavid Tağıyev, 8. Qərib İbrahimov (27. Rəşad Abdullayev, 65), 15. Oskar Klava, 17. Viktor İbekoyi (k), 18. Samuel Barlay (32. Laşa Kasiradze, 9), 20. Branislav Arsenyeviç, 31. Şəhriyar Rəhimov (10. Con Oluremi, 51), 89. Nedo Turkoviç.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 5. Murad Ağayev, 23. Tural Nərimanov, 26. Kərim Diniyev.
Baş məşqçi: Vaqif Sadıqov.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 2. Slavik Alxasov, 4. Alvaro Silva, 5. Tyeqo, 7. Sadio Tounkara (11. Zohair Benouahi, 73), 10. Elnur Abdullayev (k), 12. Junior Nildo, 18. Tural Cəlilov, 20. Mbilla Etame (3. Vanderson Skarduelli, 46), 27. Manuel Skarlatake, 30. Elias (22. Deyvid Sakkoni, 84).
Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 8. Deyan Blajevski, 9. Orxan Əliyev, 42. Kamran Abdullazadə.
Baş məşqçi: Mustafa Dənizli.
Qırmızı vərəqə: Aleksandr Şemonayev, 90+1.
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Rza Məmmədov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Gülağa Cabbarov.
“AZAL Arena”. 2000 tamaşaçı.

1

Qarabağ

23

13

7

3

36-13

46

2

Qəbələ

23

13

3

7

34-21

42

3

Bakı

23

12

4

7

40-23

40

4

Neftçi

23

11

6

6

34-27

39

5

İnter

23

11

5

7

35-26

38

6

Xəzər L

23

7

9

7

24-32

30

7

Simurq

23

7

8

8

23-19

29

8

AZAL

23

6

8

9

24-33

26

9

Sumqayıt

23

2

6

15

16-42

12

10

Rəvan

23

1

8

14

12-42

11


Bombardirlər: Vaqif Cavadov (İnter) - 11. Daniel Subotiç (Qəbələ) - 10. Reynaldo (Qarabağ), Mbilla Etame (Xəzər Lənkəran), Rauf Əliyev (Bakı) - 8. Mindauqas Kalonas (Bakı/Simurq), Leonardo da Silva (Qəbələ) - 7. Əfran İsmayılov (Bakı), Cavid Hüseynov (Bakı), Viktor İbekoyi (AZAL), Draqan Çeran (Simurq), Çumbinyo (Qarabağ) - 6.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X