Bayıl stadionunda keçirilmiş iki oyunla U-17 UNICEF qızlar liqasının cari mövsümünə yekun vurulub.
III yer uğrunda oyunda Sumqayıt və Tovuz komandaları qarşılaşıb. 7:0 hesabı ilə qalib gələn Sumqayıt komandası III yeri tutub.
Zaqatala və UGİM-9 komandaları arasında final qarşılaşması isə 3:0 hesabı ilə UGİM-9 komandasının xeyrinə başa çatıb.
Final oyunundan sonra mükafatlandırma mərasimi keçirilib.
İdman24.az