Martın 1-2-də Macarıstanın Szombatxel şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında "Qızıl Qran Pri" beynəlxalq turniri keçirləcək. Fanat.az xəbər verir ki, turnirdə yunan-Roma güləşi üzrə yığma komandamızın 3 üzvünün iştirakı nəzərdə tutulub.
Ölkəmizi Məşqçi Ayoub Azmoudehin rəhbərliyi altında Taleh Məmmədov (59 kq), Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) təmsil edəcək.
Fanat.az