İspaniyanın “Linense” klubunun müdafiəçisi Fransisko Faxardo karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, bu barədə sözügedən futbolçu özü məlumat verib.
“Mən Bolqarıstan, Azərbaycan, eləcə də İspaniya klublarından təkliflər almışam. Bolqarıstan barədə digərləri ilə danışmışam. Amma Azərbaycan haqda heç nə bilmirəm. İspaniyaya gəlincə, mən artıq burda oynamışam və özümü yeni komandada sınamaq istəyirəm”.
Qeyd edək ki, Venesuela vətəndaşı olan Faxardo son mövsümü “Linense”də keçirsə də, ona qədər 2008-ci ildən etibarən vətənində “Aragua” klubunun şərəfini qoruyub.
İdman24.az