"Bir çiçəyin yazda niyə açdığını soruşarsınız? Yeni doğulmuş şahin niyə qanadlarını çırpır? Niyə yerdən boylanıb günəşə bu qədər aludə olursan? – bu suallara cavab axtarmayanlar məndən niyə qaçdığımı soruşur..."
Bu fikirlər almaniyalı atlet Alisa Şmidtə məxsusdur. 23 yalı sprinter 200, 400 və 800 metr məsafələrə qaçışda ölkəsini beynəlxalq yarışlarda təmsil edib. Onun istedadı 19 yaşında - 2017-ci il Avropa Çempionatında üzə çıxıb. 200 m məsafəyə qaçışda gümüş medal qazanıb. Həmin ərəfədə "New York Times" Alisanı "dünyanın ən cazibədar idmançısı" elan edib.
2019 və 2021-ci illərdəki beynəlxalq yarışlarda uğur qazanan Almaniya komandasının heyətində də Alisa var idi.
Sosial şəbəkə hesabında 2,5 milyon izləyicisi olan gözəl idmançı "Instagram"da paylaşdığı "idman mənim prioritetimdir" və “biz qadınların əldə edə biləcəyimiz şeylərdə heç bir məhdudiyyət yoxdur” statusları səbəbsiz deyildi. O, 2020/21 mövsümündə "Borussiya Dortmund"un kişi komandasında fitnes məşqçisi çalışmaq təklifini qəbul edib. Təsadüfi deyil ki, o vaxt “Alisaya görə futbolçular Dortmundda qalır”, “onun xatirinə Haland Dortmundan ayrılmaacaq” kimi şərhlər səsləndirilirdi.
Alisa Şmidt indi özünü yeni sahədə sınayır. O, keçən ilin sentyabrında podiuma çıxıb. Artıq onun geyimini önündə nömrə və "Şmidt" etiketi yoxdur. Bugünlərdə "Hugo Boss" moda brendi ona Milanda "Moda Həftəsi"ndə iştirak etmək üçün təklif göndərib. Alisa Gigi Hadid və İrina Şeyk kimi supermodellərlə birgə podiuma çıxıb.