"Xəzər Lənkəran" daha bir problemlə üzləşib. Fanat.az xəbər verir ki, Lənkəran klubu əsas futbolçularından biri olan Manuel Skarlatakeni itirib.
Komandanın uğurlu çıxışında əsas pay sahiblərindən olan rumın futbolçu zədə alıb. Onun sabah "İnter"ə qarşı oynayıb-oynamayacağı bilinmir.
Qeyd edək ki, "Xəzər Lənkəran"da zədəli Rahid Əmirquliyev, Rasim Ramaldanov və Mbilla Etame "İnter"ə qarşı oynamayacaq.
Fanat.az