Milli Gimnastika Arenasında qadın idman gimnastikası üzrə 6-cı, kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatına start verilib.
Fanat.Az xəbər verir ki, yarışlarda “Ocaq Sport”, Bakı Gimnastika Məktəbi, Sumqayıt Olimpiya İdman Kompleksi, Sumqayıt İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi və Balakəni təmsil edən 79 idmançı qüvvəsini sınayır.
İki gün davam edəcək yarışlarda gimnastlar kiçiklər, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyaları üzrə öz güclərini nümayiş etdirəcəklər.