Azərbaycanın idman gimnastları İvan Tixonov və Nikita Simonov Bakıda keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıblar.
Fanat.Az xəbər verir ki, Tixonov təsnifatda paralel qollarda hərəkətlərə görə 13.933 xal toplayaraq 8-ci olub. Simonov isə halqa ilə hərəkətlərdə hakimlərdən 14.266 xal alıb və 6-cı yeri tutub.
Hər iki idmançı təsnifat mərhələsini ilk "səkkizlik"lə başa vurduğu üçün finala yüksəlib.
Qadınların mübarizəsində isə Samirə Qəhrəmanova dayaqla tullanmada 12.166 xalla 17-ci, Milana Minakovskaya isə müxtəlif hündürlüklü qollarda hərəkətlərdə 10.366 xalla 23-cü olub.
***
Azərbaycanın idman gimnastları Bakıda keçirilən Dünya Kubokunda mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışda ilk olaraq İvan Tixonov qüvvəsini sınayıb.
Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı paralel qollarda hərəkətlərə görə 13.933 xal toplayıb və hazırda 5-ci sırada qərarlaşıb.
Sərbəst hərəkətlərdə çıxış edən Mənsum Səfərov hakimlərdən 11.200 xal alıb və 23-cü sırada yer alıb.
Qadınların mübarizəsində isə Samirə Qəhrəmanova dayaqla tullanmada 12.166 xalla 17-ci, Milana Minakovskaya müxtəlif hündürlüklü qollarda hərəkətlərdə 10.366 xalla 23-cü sırada qərarlaşıb.