Azərbaycanın idman gimnastı Nikita Simonov Bakıda keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.
Fanat.Az xəbər verir ki, halqa ilə hərəkətlərdə hakimlərdən 14.500 xal alan idmançı fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
İtaliyalı Mareska Salvatore 1-ci, türkiyəli İbrahim Çolak isə 2-ci yeri tutub.
Finala vəsiqə qazanan digər təmsilçimiz İvan Tixonov isə mükafatçılar sırasına düşə bilməyib. Paralel qollarda hərəkətlərə görə 13.833 xala layiq görülən idmançı yekunda 7-ci yeri tutub.
***
Bu gün Azərbaycanın 2 idman gimnastı Bakıda keçirilən Dünya Kubokunda final mərhələsində mübarizə aparacaq.
Fanat.Az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı İvan Tixonov paralel qollarda, Nikita Simonov isə halqa ilə hərəkətlərdə medal qazanmağa çalışacaq.
Tixonov təsnifat mərhələsini 13.933 xalla 8-ci, Simonov isə 14.266 xalla 6-cı yerdə başa vuraraq finala vəsiqə qazanıblar.
Bu gün həmçinin sərbəst hərəkətlər, dayaqla tullanma və müxtəlif hündürlüklü qollarda mükafatçılar müəyyənləşəcək. Yarışlar saat 12:00-da başlayacaq.
Qeyd edək ki, Dünya Kubokuna aprelin 3-də yekun vurulacaq.