Bədii gimnastika üzrə Olimpiya çempionu, 22 yaşlı Linoy Aşram karyerasını bitirib və məşqçilik fəaliyyətinə başlayıb.
Fanat.Az xəbər verir ki, idmançı bunu keçirdiyi mətbuat konfransında açıqlayıb.
Keçən il Tokio Olimpiadasında çoxnövçülükdə qızıl medal qazanan ilk israilli kimi tarixə düşən, üstəlik, Rusiyanın bu növdə 20 illik hökmranlığına son qoyan Aşramı dinləyək:
"İdmançı nə vaxt təqaüdə çıxacağını bilməlidir. Mən arzumu reallaşdırdım. Tokioya səfər buna dəyərdi, çünki vizit kartımda "Olimpiya qalibi" yazılıb. Bədii gimnastikaya davam edəcəyəm, amma məşqçi kimi. Keçmiş məşqçim Ayelet Sussmanla bərabər çalışacağam".
Aşram 2017, 2018 və 2019-cu illərdə Dünya Çempionatlarında altı gümüş və beş bürünc, keçən ilki Dünya Kubokunda isə iki qızıl və bir bürünc medal qazanıb. O, həmçinin 2020-ci il Avropa Çempionatında çoxnövçülükdə "qızıl" əldə edib.