Topaz Premyer Liqasında XXIV turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, yığmanın mart toplanışına görə təqvimdə dəyişiklik edildiyindən bütün qarşılaşmalar eyni gündə baş tutub.
Əvvəlcə meydana "Bakı" və "Sumqayıt" çıxıb. Ötən tur "Neftçi"ni yenən gənclik şəhəri təmsilçisi bu dəfə gücünü digər paytaxt təmsilçisinə göstərib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb və "Sumqayıt" paytaxtdan bir xalla dönüb.
Lider “Qarabağ”ın ən yaxın izləyicisi “Qəbələ” “Simurq”un qonağı olub. Fasilədən sonra istənilən nəticələri göstərə bilməyən Yuri Syominin komandası yenə xal itirib. Ötən tur evdə "Rəvan"la 0:0 hesablı heç-heçyə imza atan "Qəbələ" bu dəfə də bir xalla kifayətlənib. Zaqataladakı qarşılaşma da eyni hesabla bitib - 0:0.
Günün üçüncü oyununda "Xəzər Lənkəran" "İnter"i qəbul edib. Hər “Xəzər Lənkəran” çempionatda iddiasını demək olar ki, itirib. Əvəzində “İnter” qış fasiləsindən sonra topladığı xallarla bu mübarizəyə qoşulub. Ancaq “ağ-yaşıllar”ın bu oyuna məsuliyyətsiz yanaşacağını iddia etmək olmazdı. Mustafa Dənizlinin komandası “Fırtınalar meydanı”nda “Bakı”ya məğlubiyyətin əvəzini çıxıb, ötən tur AZAL-la oyunun son saniyələrində itirilən 2 xalın yerini doldurmaq istəyirdi. 32-ci dəqiqədə "Xəzər Lənkəran"ın qapısına penalti təyin olunub və Baçana Tsxadadzenin zərbəsi dəqiq olub. "Xəzər Lənkəran" 42-ci dəqiqədə bərabərliyi təmin edib. Qış transferi Tyeqo komandaya bir xal gətirən qola imza atıb - 1:1.
Qış fasiləsindən sonra uğursuzluq zolatından çıxa bilməyən "Neftçi" çempionluğun bir nömrəli favoriti "Qarabağ"ı qəbul edib. "Ağ-qaralar"ın "Sumqayıt"a məğlubiyyətdən sonra daha yaxşı oynayacağı, ən azından meydandan bir xalla dönəcəyi gözlənilirdi. Lakin "Qarabağ" bütün proqnozları alt-üst edib. "Qarabağ" matça fəal başlayıb. 23-cü dəqiqədə Leroy Corc, 8 dəqiqə sonra Reynaldo "Neftçi"nin qapısına yol tapıb. 62-ci dəqiqədə Araz Abdullayev qırmızı vərəqə alaraq komandasına azlıqda qoyub. 6 dəqiqə sonra Reynaldo dublunu rəsmiləşdirib. 83-cü dəqiqədə Mirhüseyn Seyidov "Neftçi"nin təsəlli qoluna imza atıb. 4 dəqiqə sonra isə het-trik edən Reynaldo matçın yekun nəticəsini müəyyənləşdirib - 4:1. Bununla da ən yaxın izləyicisi ilə 6 xallıq fərq yaradan "Qarabağ" çempionluq yolunda önəmli addım atıb. "Neftçi" isə 5-ci pilləyə düşərək avrokuboklara vəsiqə şansını çətinə salıb.
Tura saat "Rəvan" - AZAL oyunu ilə yekun vurulub. Kreslosu laxlayan Güvənc Kurtar üçün bu oyunda qələbə vacib idi. Əks halda türk mütəxəssis postunu itirə bilərdi. Oyunun ilk yarısı qolsuz bərabərliklə başa çatıb. 46-cı dəqiqədə Cəmşid Məhərrəmov qırmızı vərəqə alaraq "Rəvan"ı azlıqda qoyub. 75-ci dəqiqədə Aylton meydandan qovulub. Bir dəqiqə sonra Miloş Adamoviç hesabı açaraq "Rəvan"ı sevindirib. Əsas vaxtın sonuna 5 dəqiqə qalmış Viktor İbekoyi qırmızı vərəqə alaraq AZAL-ı 9 nəfərlə qoyub. Bundan sonra oyunda hesab dəyişməyib və "Rəvan" 3 xal qazanıb.
Premyer Liqa
2013/14 mövsümü
III dövrə, XXIV tur
28 fevral
Bakı - Sumqayıt 0:0
Bakı: 1. Aqil Məmmədov, 12. Etto, 3. Yure Travner, 5. Ruben Qonzales, 4. Mario Alvares, 6. Vadim Abdullayev (22. Namiq Ələsgərov, 78), 23. Mario Lukas Horvat, 8. Cavid Hüseynov, 16. Juninyo (7. Əfran İsmayılov, 68), 10. Aleksandar Soliç (17. Risto Ristoviç, 58), 11. Rauf Əliyev (k).
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 21. Elvin Məmmədov, 20. Tural Qürbətov, 24. Georgios Pelagias.
Baş məşqçi: Milinko Pantiç.
Sumqayıt: 63. Şahruddin Məhəmmədliyev, 2. Şəhriyar Xəlilov, 9. Tərzin Cahangirov, 10. Uğur Pamuk (14. Məhəmməd Qurbanov, 69), 11. Ruslan Nəsirli (8. Aqşin Muxtaroğlu, 83), 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov (k), 88. Mirzağa Hüseynpur (21. Məhəmməd Mirzəbəyov, 61), 92. Bəxtiyar Həsənalızadə, 99. Rəhman Hacıyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Kamil Hüseynov, 7. Pərdis Fərcad-Azad, 25. Fərid Kərimzadə.
Baş məşqçi: Aqil Məmmədov.
Sarı vərəqələr: Cavid Hüseynov, 5 (qeyri-idman hərəkəti). Yure Travner, 90+1 (qeyri-idman hərəkəti) - Mirzağa Hüseynpur, 55 (simulyasiya). Nodar Məmmədov, 58 (qeyri-idman hərəkəti); 60 (qeyri-idman hərəkəti). Bəxtiyar Həsənalızadə, 62 (qeyri-idman hərəkəti). Şahruddin Məhəmmədəliyev, 88 (bilərəkdən vaxtı uzatdığına görə).
Qırmızı vərəqə: Nodar Məmmədov, 60.
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev, Tahir Əhmədov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Alik Yunusov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Füzuli Nəcəfov.
"Bakı"nın təlim-məşq bazasının stadionu. 250 tamaşaçı.
Simurq - Qəbələ 0:0
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 5. Anderson Oliveyra, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 30. Raul Kostin (9. Mindauqas Kalonas, 78), 77. Nicat Qurbanov (7. Ruslan Poladov, 68).
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 4. Dilaver Zrnanoviç, 6. Taqim Novruzov, 21. Murad Səttarlı, 22. Salif Ballo.
Baş məşqçi: George Çixradze.
Qəbələ: 1. Kamran Ağayev, 3. Nikola Valentiç, 6. Vladimir Levin (k), 9. Viktor Mendi, 10. Dodo, 14. Lorenzo Ebesilio (8. Nizami Hacıyev, 84), 16. Ruslan Tağızadə (34. Ürfan Abbasov, 90+2), 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 36. Elnur Allahverdiyev, 42. Leonardo da Silva (7. Marat İzmaylov, 69).
Ehtiyat oyunçular: 27. David Pietrzkeviç, 4. Amid Quluzadə, 11. Yannik Kamanan, 22. Lourival Assis.
Baş məşqçi: Yuri Syomin.
Sarı vərəqələr: Nicat Qurbanov, 39 (qeyri-idman hərəkəti). Benjamin Lambot, 58 (qeyri-idman hərəkəti). Anderson Oliveyra, 90 (qeyri-idman hərəkəti) - Dodo, 90+1 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vaqif Musayev, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Şahin Cəfərov.
Zaqatala şəhər stadionu. 2700 tamaşaçı.
Xəzər Lənkəran - İnter 1:1
Qollar: Tyeqo, 42 - Baçana Tsxadadze, 32-pen.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 2. Slavik Alxasov (55. Ağabala Ramazanov, 73), 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Tyeqo, 7. Sadio Tounkara (8. Deyan Blajevski, 83), 10. Elnur Abdullayev (k), 12. Junior Nildo, 18. Tural Cəlilov, 23. Nikola Qliqorov, 30. Elias (11. Zohair Benouahi, 87).
Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 9. Orxan Əliyev, 16. Adrian Pit, 42. Kamran Abdullazadə.
Baş məşqçi: Mustafa Dənizli.
İnter: 1. Georgi Lomaya, 3. Laşa Salukvadze, 7. Ruslan Əmircanov, 11. Asif Məmmədov (21. Arif Daşdəmirov, 83), 15. Yohan Bokonyano, 20. Brüs Abdulaye, 28. Baçana Tsxadadze (9. Aleksandr İaşvili, 84), 33. Matiya Spiçiç, 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli (5. Slavko Georgievski, 71).
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 12. İvo Taborski, 14. İlqar Ələkbərov, 27. Dieqo Madriqal.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Sarı vərəqələr: Tyeqo, 71 (qeyri-idman hərəkəti). Nikola Qliqorov, 76 (qeyri-idman hərəkəti) - Brüs Abdulaye, 36 (qeyri-idman hərəkəti). Yohan Bokonyano, 41 (qeyri-idman hərəkəti). Abdulla Abatsiyev, 59 (qeyri-idman hərəkəti).
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
“Xəzər Lənkəran” mərkəzi stadionu. 2000 tamaşaçı.
Neftçi - Qarabağ 1:4
Qollar: Mirhüseyn Seyidov, 83 - Leroy Corc, 23. Reynaldo, 31; 68; 87.
Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 4. Tərlan Quliyev, 6. Rəşad Sadiqov (k) (23. Ruslan Qurbanov, 81), 7. Araz Abdullayev, 9. Flavinyo (21. Samir Məsimov, 83), 14. Bahodir Nasimov (19. Mirhüseyn Seyidov, 71), 15. Erik Ramos, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 5. İqor Mitreski, 10. Cavid İmamverdiyev, 11. Melvin Platye.
Baş məşqçi: Böyükağa Hacıyev.
Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva (11. Ulriş Kapolonqo, 90+3), 10. Muarem Muarem (7. Namiq Yusifov, 73), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda (17. Vüqar Nadirov, 89), 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 18. İlqar Qurbanov, 19. Jaba Dvali.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Erik Ramos, 90+2 (qeyri-idman hərəkəti) - Muarem Muarem, 44 (qeyri-idman hərəkəti). Qara Qarayev, 67 (qeyri-idman hərəkəti). Riçard Almeyda, 70 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Araz Abdullayev, 62 (ciddi qayda pozuntusu).
Hakimlər: Vüsal Əliyev, Yaşar Abbasov, Mübariz Haşımov, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məlik Həsənov.
"Bakcell Arena". 2000 tamaşaçı.
Rəvan - AZAL 0:0
Qol: Miloş Adamoviç, 76.
Rəvan: 85. Kamal Bayramov, 4. Mitya Moreç, 8. Julio Sezar, 9. Elnur Abdulov (25. Ayaz Mehdiyev, 50), 16. Orxan Lalayev, 17. Ramazan Abbasov (k) (40. Mişel Balokoq, 53), 18. Oke Akpoveta, 20. Miloş Adamoviç (6. Ceyhun Cavadov, 90+3), 21. Novruz Məmmədov, 28. Boyan Markoviç, 30. Cəmşid Məhərrəmov.
Ehtiyat oyunçular: 12. Fuad Əhmədov, 7. Elvin Həsənəliyev, 14. Xuan Manuel Varea, 24. Yamin Ağakərimzadə.
Baş məşqçi: Güvənc Kurtar.
AZAL: 1. Ruslan Məcidov, 4. Aylton, 7. Cavid Tağıyev, 10. Con Oluremi, 15. Oskar Klava, 17. Viktor İbekoyi (k), 20. Branislav Arsenyeviç, 27. Rəşad Abdullayev (31. Şəhriyar Rəhimov, 81), 28. Emin Cəfərquliyev (22. Axtam Xamroqulov, 87), 32. Laşa Kasradze (5. Murad Ağayev, 83), 89. Nedo Turkoviç.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 8. Qərib İbrahimov, 23. Tural Nərimanov, 26. Kərim Diniyev.
Baş məşqçi: Vaqif Sadıqov.
Sarı vərəqələr: Cəmşid Məhərrəmov, 20 (topa əl ilə oyun); 46 (qeyri-idman hərəkəti). Novruz Məmmədov, 37 (qeyri-idman hərəkəti). Miloş Adamoviç, 68 (qeyri-idman hərəkəti). Julio Sezar, 77 (qeyri-idman hərəkəti) - Nedo Turkoviç, 27 (simulyasiya). Viktor İbekoyi, 71 (sistematik qayda pozuntusu); 85 (qeyri-idman hərəkəti). Laşa Kasradze, 73 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqələr: Cəmşid Məhərrəmov, 46 - Aylton, 75 (rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə). Viktor İbekoyi, 85.
Hakimlər: Rəhim Həsənov, Elşən Acalov, Azər Əsgərov, Xəlil Hüseynli.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Fazil Mürşüdov.
"Bayıl Arena". 800 tamaşaçı.
1 | Qarabağ | 24 | 14 | 7 | 3 | 40-14 | 49 |
2 | Qəbələ | 24 | 13 | 4 | 7 | 34-21 | 43 |
3 | Bakı | 24 | 12 | 5 | 7 | 40-23 | 41 |
4 | İnter | 24 | 11 | 6 | 7 | 36-27 | 39 |
5 | Neftçi | 24 | 11 | 6 | 7 | 35-41 | 39 |
6 | Xəzər L | 24 | 7 | 10 | 7 | 25-33 | 31 |
7 | Simurq | 24 | 7 | 9 | 8 | 23-19 | 30 |
8 | AZAL | 24 | 6 | 8 | 10 | 24-34 | 26 |
9 | Rəvan | 24 | 2 | 8 | 14 | 13-42 | 14 |
10 | Sumqayıt | 24 | 2 | 7 | 15 | 16-42 | 13 |
Bombardirlər: Vaqif Cavadov (İnter), Reynaldo (Qarabağ) - 11. Daniel Subotiç (Qəbələ) - 10. Mbilla Etame (Xəzər Lənkəran), Rauf Əliyev (Bakı) - 8. Mindauqas Kalonas (Bakı/Simurq), Leonardo da Silva (Qəbələ) - 7. Əfran İsmayılov (Bakı), Cavid Hüseynov (Bakı), Viktor İbekoyi (AZAL), Draqan Çeran (Simurq), Çumbinyo (Qarabağ), Baçana Tsxadadze (İnter) - 6.
Fanat.az