Hərbçilərdən ibarət yığmalar arasında Azərbaycanda keçiriləcək dünya çempionatına hazırlaşan millimizin təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, bu arada Nazim Süleymanovun rəhbərlik etdiyi komandamızın yoxlama oyunlarındakı rəqibləri də bəlli olub.
Belə ki, komandamız Bəhreyn və Oman yığmaları ilə sınaq matçı keçirəcək. Süleymanovun komandası iyunun 23-də Bəhreynlə, ayın 26-da isə Omanla üz-üzə gələcək.
Hər iki oyun “Dalğa Arena”da keçiriləcək. Görüşlər saat 17:00-da start götürəcək.
Qeyd edək ki, Bəhreyn və Oman yığmaları da məhz Bakıdakı dünya çempionatına görə ölkəmizə təşrif buyurublar. Amma bu komandalar fərqli qruplarda yer alırlar.
İdman24.az