Maltanın paytaxtı Vallettada Avropa Badminton Birliyinin Konqresi keçirilib.
Fanat.Az xəbər verir ki, tədbirdə Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov və vitse-prezident Aynur Səmədova da iştirak ediblər.
Tədbirin qala gecəsindən sonra növbəti ilin konqresinin Bakıda keçirilmə təklifi yekdilliklə qəbul edilib və “Baku-2023 BEC Congress” estafeti T. Ziyadova təqdim edilib.