Bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığması son gündə dörd fərdi və iki qrup finalında təmsil olunacaq.
Arzu Cəlilova top, halqa və lentlə, Zöhrə Ağamirova halqa və gürzlə mükafatçılar sırasına düşməyə çalışacaq. Zeynəb Hümmətova, Ləman Əlimuradova, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Darya Sorokina və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandası isə əvvəlcə beş halqa ilə, ardınca üç lent və iki topla çıxış edəcək.
Qeyd edək ki, qrupumuz ötən gün çoxnövçülükdə gümüş medal qazanıb.
Sahib