Aprelin 25-də İspaniyanın paytaxtı Madriddə badminton üzrə Avropa çempionatına start verilib.
Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, mübarizəyə 1/16 finaldan başlayacaq Azərbaycan təmsilçisi Edi Reski Dviçayo kişilərin şəxsi yarışında ilk görüşünü irlandiyalı Nhat Nguyenə qarşı keçirəcək.
Kişi badmintonçuların qoşa yarışında ölkəmizi təmsil edən Edi Reski Dviçayo-Ezmi Qovimuramadhoni tandemi isə 1/16 final mərhələsində Covanni Qreko-Kevin Strobl (İtaliya) cütü ilə qarşılaşacaq.
Hər iki görüş bu gün - aprelin 26-da keçiriləcək.