Bu gün ölkəmizi Avropa Liqasında təmsil edəcək “İnter” ikinci yoxlama oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin rəqibi “Krasnodar” olacaq.
Qarşılaşma Valxzee qəsəbəsinin eyniadlı stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Avstriyada keçirilən ilk yoxlama matçında “İnter” “İnsbruk”a 8:0 hesabı ilə qalib gəlib gəlib. Rusiya Premyer Liqasını 10-cu pillədə başa vuran “Krasnodar” isə Donetsk “Şaxtyor”una 1:2 hesabı ilə uduzub.
Yoxlama oyunu
22 iyun
17:00. “İnter” (AZƏRBAYCAN) - “Krasnodar” (RUSİYA)
İdman24.az