“Cari ildə Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il üçün gəlir və xərclərinin auditi həyata keçiriləcək”.
Fanat.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Palata sədri bildirib ki, Gənclər və İdman Nazirliyində aparılacaq uyğunluq auditi çərçivəsində “TOKİO-2020” və federasiyalara ayrılan vəsaitlərin auditi həyata keçiriləcək.
Eyni zamanda, xarici ticarət fəaliyyəti iştirakçıları üzərində gömrük nəzarəti prosesinin araşdırılması planlaşdırılır.