Edi Reski Dviçayo - Ezmi Qovimuramadhoni tandemi İspaniyanın paytaxtı Madriddə keçirilən badminton üzrə Avropa çempionatında çıxışını başa vurub.
Fanat.Az xəbər verir ki, idmançılarımız 1/8 finalda İngiltərədən olan Ben Leyn - Şon Vendi qoşası ilə qarşılaşıb. Gərgin keçən görüş 3 set davam edib. Təmsilçilərimiz ilk setdə rəqiblərinə 22:20 hesabı ilə qalib gəlsə də, növbəti 2 setdə uduzub (17:21,10:21).
Xatırladaq ki, badmintonçularımız ilk mərhələdə İtaliyadan olan Covanni Qreko - Kevin Strobl cütlüyünü yenib.