İyunun 1-dən 5-dək İtaliyanın Rimini şəhərində keçiriləcək batut gimnastikası və tamblinq üzrə Avropa çempionatında Azərbaycanı təmsil edəcək idmançıların adı açıqlanıb.
Fanat.Az xəbər verir ki, batutçular arasında yarışlarda bu ilin fevralında Bakıda keçirilən Dünya Kubokunun gümüş mükafatçısı Selcan Mahsudova mübarizə aparacaq. Yeniyetmələr kateqoriyasında isə Hüseyn Abbasov, Maqsud Mahsudov, Nicat Mirzəyev və Əli Niftəliyev çıxış edəcək.
Tamblinqçilərin mübarizəsində dünya çempionatının gümüş mükafatçısı Mixail Malkin, Adil Hacızadə və Tofiq Əliyev uğur qazanmağa çalışacaq. Yeniyetmələrdən isə Bilal Qurbanov, Hüseyn Əsədullayev və Aleksey Karataşov qitə birinciliyində məharətini göstərəcək.