Tunisin Hammamet şəhərində keçirilən qılıncoynatmanın sablya növü üzrə qadınların Dünya Kubokunda şəxsi yarışlara yekun vurulub.
Fanat.Az xəbər verir ki, əsas mərhələdə çıxış edən Azərbaycanın qadın sablyaçılarından Sevil Bünyatova ABŞ idmançısı Maqda Skarbonkieviçə 15:12 hesabı ilə qalib gələrək "32-liy"ə yüksəlib. Bu mərhələdə yunan Teodora Gkountoura ilə qarşılaşan Sevil rəqibinə 12:15 hesabı ilə uduzub.
Təsnifatdan əsas mərhələyə yüksələn Polina Kaspiaroviç burada alman Julika Funkeyə 13:15 hesabı ilə məğlub olub.
Turnirin reytinq favoritlərindən sayılan Anna Başta isə əsas mərhələdə keçirdiyi ilk görüşdə fransalı Sirielle Girardinə 12:15 hesabı ilə uduzub.