11:42 05.03.2014 617

2014-ün ən uğurlusu, uğursuzu, intizamsızları və bombardiri

Premyer Liqanın III dövrəsinin 6 turu arxada qaldı. 2014-ü ildə baş tutan 6 turdan sonra çempionat iştirakçılarının durumuna nəzər yetirmək qərarına gəldik.

Ən uğurlu "Bakı", ən uğursuz AZAL

2014-cü ilin ən uğurlu komandası "Bakı"dı. Paytaxtın eyniadlı təmsilçisi keçirdiyi 6 oyunda uduzmayıb və sadəcə 2 matçda heç-heçə edərək, aktivinə 14 xal yazıb. Premyer Liqanın lideri "Qarabağ" 4 qələbə qazanıb, 1 heç-heçə edib və 1 dəfə məğlub olub. Ağdam klubu bu müddətdə 13 xal toplaya bilib. İlk "üçlüy"ü qapayan "İnter" yeni ilin məğlubiyyətsiz iki komandasından biridi. Kaxaber Tsxadadzenin yetirmələri ardıcıl 3 qələbədən sonra 3 matçda meydanı 1 xalla tərk edib.

2014-ün ən uğursuz komandası AZAL-dı. Vaqif Sadıqovun komandası 6 oyundan sadəcə 2-də heç-heçə edə bilib və aktvinə 2 xal yazıb. Son 3 ilin çempionu "Neftçi" və Güvənc Kurtarın başçılıq etdiyi "Rəvan" 5 xalla kifayətlənib.

1

Bakı

6

4

2

0

11-2

14

2

Qarabağ

6

4

1

1

9-3

13

3

İnter

6

3

3

0

9-6

12

4

Xəzər L

6

2

3

1

9-9

9

5

Qəbələ

6

2

2

2

7-5

8

6

Sumqayıt

6

1

3

2

5-10

6

7

Simurq

6

1

2

3

4-5

5

8

Neftçi

6

1

2

3

8-12

5

9

Rəvan

6

1

2

3

4-10

5

10

AZAL

6

0

2

4

7-11

2


73 qol, 47 futbolçu, 3 avtoqol

2014-cü ildə baş tutan 30 oyunda qapılara 73 qol vurulub ki, bu da hər matça orta hesabla 2,4 top deməkdi. İlin ən məhsuldar komandası "Bakı" olub. Paytaxtın eyniadlı klubu 6 oyunda 11 dəfə rəqib qapıçıları məyus edib. "Qarabağ", "İnter" və "Xəzər Lənkəran"ın futbolçuları 9 dəfə rəqib qapılarından keçirib. Ən az qol vuran komandalar isə "Simurq" və "Rəvan"dı - 4.

Yeni ilin 6 turunun bombardirləri - Reynaldo Silva və Nedo Turkoviç. "Qarabağ"ın braziliyalı futbolçusu və AZAL-ın bosniyalı hücumçusu hərəyə 4 dəfə fərqlənib. Reynaldo son turun "Neftçi" ilə oyununda het-trik edib. "Bakı"dan Rauf Əliyev, "Qarabağ"dan Leroy Corc və "Qəbələ"dən Daniel Subotiçun aktivində 3 top var.

Vurulan 73 qoldan 70-nə 47 müxtəlif futbolçu imza atıb. Qalan 3 top isə avtoqol olaraq qeydə alınıb. "Neftçi" ilə oyunda Tyeqo "Xəzər Lənkəran"ı məyus edib. AZAL isə iki dəfə avtoqola üzülüb. "Qarabağ"la matçda Tural Nərimanov, "Qəbələ" ilə oyunda Şəhriyar Rəhimov topu öz qapısına vurub.

Bakı (11 qol): Rauf Əliyev (3), Cavid Hüseynov (2), Aleksandar Soliç (2), Risto Ristoviç, Juninyo, Alberto Noquera, Yure Travner
Qarabağ (9): Reynaldo Silva (4), Leroy Corc (3), Çumbinyo, Tural Nərimanov (avtoqol) 
Xəzər Lənkəran (9): Manuel Skarlatake (2), Mbilla Etame (2), Junior Nildo, Sadio Tounkara, Junior Nildo, Elnur Abdullayev, Tyeqo
İnter (9): Vaqif Cavadov (2), Abdulla Abatsiyev, Ruslan Əmircanov, Aleksandr İaşvili, Dieqo Madriqal, Yohan Bokonyano, Laşa Salukvadze, Baçana Tsxadadze
Neftçi (8): Ernest Nfor (2), Araz Abdullayev (2), Cavid İmamverdiyev, Ruslan Qurbanov, Mirhüseyn Seyidov, Tyeqo (avtoqol)
Qəbələ (7): Daniel Subotiç (3), Viktor Mendi, Lorenzo Ebesilio, Leonardo da Silva, Şəhriyar Rəhimov (avtoqol) 
AZAL (7): Nedo Turkoviç (4), Viktor İbekoyi (2), Con Oluremi 
Sumqayıt (5): Mirzağa Hüseynpur (2), Tərzin Cahangirov, Pərdis Fərcad-Azad, Rəhman Hacıyev
Sumurq (4): Draqan Çeran (2), İdan Vaytsman, Salif Ballo, 
Rəvan (4): Miloş Adamoviç (2), Tyaqo Mirasema, Oke Akpoveta

30 oyun, 11 penalti

6 turun 30 oyununda hakimlər 11 dəfə penalti təyin edib. Onlardan 8-i qolla nəticələnib. 3-də isə zərbələr dəqiq olmayıb. "Qəbələ"dən Lorenzo Ebesilio və Leonardo da Silva "Rəvan"la, "Qarabağ"dan isə Riçard Almeyda "Qəbələ" ilə oyunda çərçivəyə düşə bilməyib.

6 turda AZAL və "İnter" 2 penalti əldə edib. Hər iki 11 metrlik zərbə dəqiq olub. "Neftçi", "Bakı", "Simurq", "Sumqayıt" 1 imkandan maksimum yararlanıb. "Qəbələ" 2, "Qarabağ" 1 penaltini boşa verib. "Xəzər Lənkəran" və "Rəvan"ın isə futbolçuları belə imkan qazanmayıb.

AZAL - 2 (2)
İnter - 2 (2)
Neftçi - 1 (1)
Bakı - 1 (1)
Simurq - 1 (1)
Sumqayıt - 1 (1)
Qəbələ - 2 (0)
Qarabağ - 1 (0)
Xəzər Lənkəran - 0
Rəvan - 0
Cəmi: 11 (8)

Mustafa Dənizli fərqi

Arxada qalan 6 turda hakimlər 157 sarı vərəqədən imtina edib ki, bu da hər matça orta hesabla 
Sarı vərəqə 5,2 vərəqə deməkdi. Hakimlər ən çox "Rəvan"ın futbolçularına xəbərdarlıq edib - 27 dəfə. "Xəzər Lənkəran" isə ən intizamlı komandasıdı. Belə ki, hakimlər Lənkəran klubunun 10 futbolçusunu "sarı"ya layiq görüb. Lənkəranlı futbolçuların cəmi 1 qırmızı vərəqə alması komandada nizam-intizamın qaydasında olduğunu göstərir.

"Xəzər Lənkəran"dan fərqli olaraq, "Neftçi"də nizam-intizamla bağlı vəziyyət heç də ürəkaçan deyil. Belə ki, paytaxt klubu ən çox "qırmızı" alan komandadı. "Neftçi"nin 4 üzvü meydanda, biri isə AFFA-nın binasında buna layiq görülüb. "Xəzər Lənkəran"la "Böyük oyun"da Tərlan Quliyev, Karlos Kardoso və Bruno Bertuççi meydandan qovulub, Mahir Şükürov isə azarkeşlərə təhqiredici jest göstərdiyinə görə İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalandırılıb. Araz Abdullayevə "Qarabağ"la matçda göstərilmiş "qırmızı" isə dünən ləğv olunub.

"Rəvan" və AZAL-ın 3, "Sumqayıt"ın isə 2 futbolçusu meydandan qovulub.

Sarı vərəqələr
1. Rəvan: 27
2. AZAL: 18
3. Bakı: 17
4. Sumqayıt: 17
5. İnter: 16
6. Neftçi: 15
7. Sumurq: 13
8. Qarabağ: 13
9. Qəbələ: 11
10. Xəzər Lənkəran: 10
Cəmi: 157

Qırmızı vərəqə
Neftçi (5): Mahir Şükürov, Tərlan Quliyev, Karlos Kardoso, Bruno Bertuççi, Araz Abdullayev.
Rəvan (3): Hüseyn Axundov, Lukaş Sapela, Cəmşid Məhərrəmov.
AZAL (3): Aleksandr Şemonayev, Aylton, Viktor İbekoyi.
Sumqayıt (2): Vurğun Hüseynov, Nodar Məmmədov.
Xəzər Lənkəran (1): Ağabala Ramazanov.
Bakı: yoxdu.
Qarabağ: yoxdu.
İnter: yoxdu.
Qəbələ: yoxdu.
Sumurq: yoxdu.
Cəmi: 14

Lənkəran №1

Azarkeş baxımından yenə "Xəzər Lənkəran"la heç kim rəqabət apara bilmir. Lənkəran klubunun 3 ev oyununu 22500 nəfər canlı izləyib. "Neftçi" ilə 11000 nəfər toplayan komandanı "Bakı" matçında 9500 nəfər izləyib. XIV turun "İnter"lə matçı isə cümə günü baş tutduğundan "Fırtınalar meydanı"na cəmi 2000 nəfər təşrif buyurub. Yeri gəlmişkən, bu "Xəzər Lənkəran" üçün mövsümün antirekordudu.

"Xəzər Lənkəran"ı "Qəbələ" izləyir. Yuri Syominin yetirmələri 3 ev oyununda 7100 nəfəri stadiona toplaya bilib. Hamıdan çox - 4 dəfə evdə oynayan "Simurq"un matçlarına 6700 nəfər maraq göstərib. "İnter" isə 2 ev matçında cəmi 700 nəfəri stadiona toplaya bilib.

Ümumilikdə, 6 turun 30 qarşılaşmasını 52050 nəfər izləyib (orta hesabla 1735 nəfər). Bu 24 turda stadionlara toplaşan azarkeş sayının 26 faizidi. Mövsümün 120 matçını ümumilikdə 196800 nəfər canlı izləyib.

1. Xəzər Lənkəran (3): 22500
2. Qəbələ (3): 7100
3. Sumurq (4): 6700
4. Qarabağ (3): 3000
5. Sumqayıt (3): 2800
6. AZAL (3): 2800
7. Neftçi (3): 2700
8. Rəvan (3): 2300
9. Bakı (3): 1450
10. İnter (2): 700
Cəmi: 52050

Fanta.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

23 May 2025
09:23

Minifutbol: Azərbaycan millisi Sloveniyaya qarşı

09:00

İtaliyanın ən yaxşı məşqçisi açıqlandı

00:53

Finalın ən yaxşı futbolçusu AL-in də ən yaxşısı oldu

00:12

"Səbail"də cəzalı yoxdur, zədəli çoxdur - ADLAR

22 May 2025
23:46

Region Liqasının qalibləri mükafatlandırıldı - FOTOREPORTAJ

23:14

Qurban Qurbanov son turda yalnız bu futbolçunun xidmətindən məhrumdur

22:52

"Sabah"ın "Neftçi" ilə oyun ərəfəsində cəzalısı yoxdur, amma... - AÇIQLAMA

22:27

Fərhad Rəcəbli Avropa çempionatında qızıl medal qazandı

22:19

Erik ten Haqın "Ayaks"a qayıdacağı gözlənilsə də... - Yeni iş yeri açıqlandı

21:50

"Barselona" ulduzu ilə müqavilə yenilədi - RƏSMİ

21:20

Minifutbol: DÇ-nin son finalçısı sürpriz məğlubiyyətlə üzləşdi

20:47

Region Liqasının qalibi bəlli oldu

20:14

"Mingəçevir"in başqanı ad dəyişikliyini təsdiqlədi: "Elitaya vəsiqə qazanmağa çalışacağıq"

19:52

İkinci Liqanın bombardiri mükafatlandırıldı

19:31

I Liqa: "Qəbələ" "qapını bərk çırpdı", "Mingəçevir" "Karvan"ı yendi

19:13

“Sabah” Gənclər Liqasının qalibi oldu!

18:46

Rəşad Sadıqov 3 futbolçusunu "Araz-Naxçıvan"a qarşı oynada bilməyəcək

18:11

"Sumqayıt" "Səbail"lə oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

17:44

"Növbəti mövsümdə çempion olmağa borcluyuq" - Mikel Arteta

17:26

"Real"ın ulduzunun bir ayağı "Çelsi"də

17:08

Finala sayılı günlər qalmış Rusiya kuboku sındı

16:51

Nazir Fransada tədbirə qatıldı

16:33

Azərbaycan avarçəkənləri “Samsun Draqon Festivalı”na yollandılar

16:15

Yüksək Liqa: "Araz-Naxçıvan" 19-cu çempionluğuna qovuşdu

15:57

Minifutbol: Kosta Rika asiyalılarla bacarmadı

15:40

"Finalda uduzduq, İPL-də isə heç kimi məğlub edə bilmirik" - Qarnaço gileyləndi

15:22

Amorim "Mançester Yunayted"ə qalır, yoxsa gedir? - Özü açıqladı

15:03

"Topu boş qapıdan çıxarandan sonra arxası üstə yerə çırpıldım" - "Tottenhem"in xilaskarı

14:45

Millimiz toplanışa başladı

14:28

Minifutbol: İspaniya Qananı üstələdi

14:10

U-21-in Belarusla oyununun vaxtı və yeri bilindi

13:51

"Topa toxunduğumu hiss etsəm də..." - AL-in finalında qol vuran Conson

13:33

Nunyes "Liverpul"u bu kluba dəyişmək niyyətindədir

13:16

Hələ AL tarixində Mur kimisi olmamışdı

12:58

"Hələ də bunu bacardığımıza inana bilmirəm" - "Tottenhem"in qapıçısı

12:40

Argentinalı dünya çempionunu 3 Avropa nəhəngi istəyir - ADLAR

12:23

"Fanatlarımız buna layiq deyillər" - Dioqu Dalo

12:05

MY-nin kapitanı finaldakı məğlubiyyətdən sonra nə dedi?

11:46

Azərbaycan millisi Avropa çempionatına 4 idmançı ilə gedir

11:27

Region Liqasının qalibi müəyyənləşir

Facebookdan bizi izləməyi unutmayın.
X