“Xəzər Lənkəran” daha iki transferi rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, Lənkəran klubunun yeni transferlərindən biri əcnəbi, biri yerli futbolçudu.
Belə ki, Lənkəran klubu braziliyalı qapıçı Duqlas Leyte və millimizin üzvü Pərdis Fərcad-Azadla müqavilə bağlayıb. Hər iki futbolçunun adı UEFA-ya təqdim olunan sifariş ərizəsinə salınıb.
Qeyd edək ki, Duqlas Braziliyanın “Audaks Rio”, Pərdis “Sumqayıt” klubundan transfer olunub. “Xəzər Lənkəran” bundan əvvəl Rasim Ramaldanov, Zohair Benuahi, Junior Nildo və Nikola Qliqorovu heyətinə qatmışdı.
İdman24.az