«Sumqayıt»ın kapitanı Samir Abbasov ölkə xaricində diz nahiyyəsindən əməliyyat olunub. Fanat.az xəbər verir ki, 34 yaşlı futbolçunun əməliyyatı uğurla tamamlanıb.
Hazırda özünü yaxşı hiss edən Samir bu həftə Bakıya qayıdacaq. Bərpa prosesi keçirəcək futbolçu ardınca komandanın təlim-məşq toplanışına qoşulacaq.
«Əməliyyat uğurla keçdi. Hazırda xəstəxanadayam. Həftənin bazar ertəsi günü son müayinə olacaq. Çərşənbə günü isə inşallah Bakıya qayıdacağam. Son müayinədən sonra məşqə başlayacağım tarix məlum olacaq», deyə Abbasov bildirib.
İdman24.az