Gəncə Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub.
Fanat.Az xəbər verir ki, Əməkdar məşqçi, təcrübəli idman funksioneri İntiqam Hüseynov kompleksə rəhbər vəsifəsinə gətirilib.
Rəhbərlik təcrübəsi olan Hüseynov əvvəllər Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının direktoru olub.