Almaniyada təlim-məşq toplanışında olan «Xəzər Lənkəran»ın yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri müəyyənləşib. Fanat.az xəbər verir ki, təmsilçimiz «Ausburq»un ikinci komandası ilə qarşılaşacaq.
Oyun iyunun 30-da baş tutacaq və «Xəzər Lənkəran»ın məskunlaşdığı «Marc Aurel» otelinin meydançasında keçiriləcək. «Ağ-yaşıllar»ın ikinci rəqibinin adı hələ bəlli deyil.
İdman24.az