İngiltərə mətbuatı maraqlı iddia ilə çıxış edib. İdman24.az xəbər verir ki, «Sport Star Sunday» Kriştiano Ronaldo ilə Ueyn Runinin dəyişdirilə biləcəyini iddia edib.
Məlumata görə, yenidən Ronaldonu heyətində görmək istəyən «Mançester Yunayted» «Real»a Ueyn Runini və 70 milyon avro təklif edib.
Qeyd edək ki, «Real» Ronaldonu 2009-cu ildə «Mançester Yunayted»dən 94 milyon avroya transfer etmişdi.
İdman24.az