Azərbaycan para-atleti Samir Nəbiyev İsveçrənin Nottvil şəhərində keçirilən Qran-Pridə qızıl medal qazanıb.
Fanat.Az xəbər verir ki, nüvə itələmə üzrə F57 kateqoriyasında yarışan 36 yaşlı idmançı 13.02 metr nəticə göstərib.
Nəbiyev bu nəticə ilə bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.