Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) oğlu Azər Məhərrəmov Polşanın Rumya şəhərində keçirilən qol güləşi üzrə Avropa çempionatının qalibi olub.
Fanat.Az xəbər verir ki, 105 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançı finalda yerli Dariuş Popilekdən güclü olub.
Mükafatlandırılma mərasimində Azərbaycan təmsilçisinin şərəfinə Dövlət Himni səsləndirilib.