İtaliyanın Rimini şəhərində Azərbaycan komandasının iştirakı ilə batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışın üçüncü günündə yeniyetmə batutçular arasında sinxron tullanma üzrə təsnifat mərhələsi keçiriləcək. Bu proqramda iki duetimiz mübarizə aparacaq: Hüseyn Abbasov - Maqsud Mahsudov və Nicat Mirzəyev - Əli Niftəliyev.
Bu gün həmçinin Mixail Malkin, Adil Hacızadə və Tofiq Əliyevdən ibarət tamblinq triosu komanda finalında çıxış edəcək.
Qeyd edək ki, qitə çempionatına iyunun 5-də yekun vurulacaq.