Azerisport.az-ın məlumatına görə, iki oyunun təxirə salındığı turun ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Xetafe” evdə “Valensiya”ya uduzub. “Qranada” “Osasuna”nı darmadağın edib. “Sevilya” isə “Real Sosyedad”a uduzub.
İkinci oyun günündə “Levante” “Rayo Vallekano”ya uduzub. “Deportivo” “Espanyol”ya qalib gəldiyi halda, “Zaraqoza” da “Atletik Bilbao”lə dueldən məğlub ayrılıb.
Çempion “Barselona” isə “Valladolid”lə görüşdə minimal üstünlüklə qalib gəlib.
İdman24.az