Topaz Premyer Liqasının XXV turunda “Xəzər Lənkəran”ı 2 qolla məğlub edən (2:1) “Rəvan” güclülər sırasında keçirdiyi 3-cü mövsümündə 25-ci qələbəsini qazanıb və 100-cü qolunu vurub. Fanat.az xəbər verir ki, bakılılar ilk qələbəsini 2011-ci il sentyabrın 23-də səfərdə “Turan”ı minimal hesabla məğlub etməklə qazanıb - 1:0.
Miloş Adamoviçin yubiley qələbəsini gətirən qolu komandası üçün 100-cü olub. “Rəvan”ın Premyer Liqadakı ilk qolunu isə 2011-ci il avqustun 6-da “Kəpəz”lə səfər oyununun (2:3) 37-ci dəqiqəsində Con Pelu vurub.
2011/12 | 32 | 10 | 11 | 11 | 39-39 | 41 |
2012/13 | 32 | 12 | 4 | 16 | 46-51* | 40 |
2013/14 | 25 | 3 | 8 | 14 | 15-43 | 17 |
Cəmi | 89 | 25 | 23 | 41 | 100-133 | 98 |
* - texniki məğlubiyyət top fərqində nəzərə alınmayıb.
Fanat.az